NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

...

Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,5 bənd təşkil edib.
"Şərq qapısı" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,9 bənd az, ötən ilin yanvarın 1-i ilə müqayisədə 6,7 bənd azdır.
Yanvarın 1-nə manatın real effektiv məzənnəsi 115,8 bənd təşkil edib. Bu isə ötən il dekabrın 1-nə olan göstərici ilə müqayisədə 0,5 bənd az, ötən il yanvarın 1-i ilə müqayisədə isə 9,3 bənd azdır.

Nəşr edilib : 31.01.2026 09:51