NAXÇIVAN :

08 Mart 2026, Bazar

Azərbaycan mətbəxi Kolumbiyada təqdim olunub

...

Kolumbiyanın Boqota şəhərində yerləşən “Knightsbridge Schools International” tərəfindən “Dünya mətbəxinin ləzzətləri” adlı beynəlxalq mədəni tədbir keçirilib. Multikultural dəyərlərin təşviqi, müxtəlif xalqların kulinariya ənənələrinin və mədəni irsinin tanıdılması məqsədi daşıyan tədbirdə ölkəmiz Kolumbiyadakı diplomatik nümayəndəliyimizin dəstəyi ilə uğurla təmsil edilib.

"Şərq qapısı" xəbər verir ki, Diplomatik nümayəndəlikdən bildirilib ki, tədbir çərçivəsində Azərbaycanın zəngin və rəngarəng milli mətbəxindən seçilmiş nümunələr qonaqlara təqdim olunub. İştirakçılar Azərbaycan təamlarını böyük maraqla qarşılayıb, yeməklərin hazırlanma üsulları, istifadə olunan ərzaqlar və mənşəyi haqqında məlumat alıblar. Milli mətbəximizin özünəməxsus dad xüsusiyyətləri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Bununla yanaşı, Azərbaycanla bağlı guşədə ölkəmizin mədəni irsini əks etdirən milli geyim nümunələri, xalçaçılıq sənətinə dair elementlər və dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunub. Ziyarətçilərə Azərbaycanın tarixi, coğrafiyası və mədəni müxtəlifliyi haqqında məlumat verilib.

Nəşr edilib : 13.02.2026 18:32