NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

...

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş hərbi attaşelik aparatlarında silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlər planına uyğun olaraq, hərbi hissələrdə ictimai-siyasi hazırlıq məşğələləri, "dəyirmi masa"lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Tədbirlərdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Nəşr edilib : 26.06.2026 21:33