NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan Prezidentinin yerli televiziyalara müsahibəsi ərəb mediasının diqqətində olub

...

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi ərəb mediası tərəfindən geniş işıqlandırılıb.

"Şərq qapısı" xəbər verir ki, nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

Nəşr edilib : 06.01.2026 16:46