NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Azərbaycan-Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi regionda rəqəmsal dəhliz yaradacaq

...

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel layihəsi artıq istehsal mərhələsindədir və 2026-cı ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Nazir bildirib ki, Bakının ev sahibliyi etdiyi Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında Azərbaycanın regional telekommunikasiya infrastrukturunda irəliləyişləri də diqqət mərkəzindədir.

“Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel Azərbaycan ilə Qazaxıstan arasında yüksəksürətli və etibarlı rəqəmsal əlaqə yaradacaq, regional rəqəmsal dəhliz formalaşdıracaq”, - deyə nazir müavini vurğulayıb.

S.Əsədov bildirib ki, bu layihə ölkəmizin telekommunikasiya infrastrukturu və süni intellekt sahəsində innovasiyaların tətbiqi üçün strateji əhəmiyyət daşıyır.

Nəşr edilib : 17.11.2025 15:44