NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan QDTİB ilə dövlət-özəl tərəfdaşlıq layihələrində əməkdaşlığı müzakirə edib

...

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla ölkədə həyata keçiriləcək digər təşəbbüslərdə iştirak potensialı müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bu barədə müzakirələr QDTİB-in prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb. Həmçinin, görüşdə tərəfdaşlıq imkanları müzakirə edilib.

"QDTİB ilə Azərbaycanın özəl bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və biznesin inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğuladıq", - deyə nazir qeyd edib.

Nəşr edilib : 10.09.2025 16:13