NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı hədlərinin müəyyən edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun

11-1.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Ortamüddətli dövrün sonu (2029-cu il) üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi 13,0 faiz, dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəflənən yuxarı həddi isə 30,0 faiz müəyyən edilsin.

2. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 225 (Cild I) 2-ci hissəsində “20,0” rəqəmləri “30,0” rəqəmləri ilə əvəz edilsin.

3. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1460

(Cild I) 1-ci hissəsindən “ortamüddətli dövr üzrə” , “17,5 faiz,” və “isə” sözləri çıxarılsın.

4. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədlərinin, habelə 2024-cü ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 oktyabr tarixli 2332 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1380

(Cild I) 1-ci hissəsindən “ortamüddətli dövr üzrə”, “17,5 faiz,” və “isə” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2025-ci il

Nəşr edilib : 29.12.2025 15:11