Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq səhnədə...
17:19 29.09.2026
0
0
0
NAXÇIVAN :
29 Sentyabr 2026, Çərşənbə axşamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 968 (Cild I); 2024, № 7, maddə 802; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissəyə ikinci halda “sənədlərinin” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin” sözləri əlavə edilsin;
1.2. 6-cı hissəyə ikinci halda “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540 (Cild I); 2024, № 7, maddə 802; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 4.1.5-ci yarımbəndinə ikinci halda “sənədlərini” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyini” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881 (Cild I); 2024, № 7, maddə 802; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.5.3-cü yarımbəndə “sənədlərinin,” sözündən sonra “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin,” sözləri əlavə edilsin;
3.2. 3.4.2-ci yarımbəndə “sənədlərinə,” sözündən sonra “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinə,” sözləri əlavə edilsin;
3.3. 5.6-cı bəndə “sənədlərinin,” sözündən sonra “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin,” sözləri əlavə edilsin.
4. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 496 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 avqust tarixli 755 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.4-cü bəndə “sənədləri” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi” sözləri əlavə edilsin;
4.2. 2.5-ci bəndə “sənədlərinin” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin” sözləri əlavə edilsin.
5. Bu Fərman Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2026-cı il
Digər xəbərlər