NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Naxçıvan Muxtar Respublikasına səfər edib

...

Dekabrın 23-də Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev Naxçıvan Muxtar Respublikasına səfər edib.  
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Nəşr edilib : 23.12.2025 13:04