NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

Azərbaycan taekvondoçuları Gürcüstanda 22 medal qazanıblar

...

Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq turnirini 22 medalla başa vurublar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandanın üzvləri yarışda 8 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər.

Qızıl medalları Ayan Əliyeva (27 kiloqram), Dərya Hüseynova (30 kiloqram), Fidan Qəfərova (33 kiloqram), Rada Əsəd (44 kiloqram), Rüqəyya Hümbətli (51 kiloqram), Səbrin Bayramova (52 kiloqram), Harun Salmanzadə (58 kiloqram) və Gülnaz Abdullazadə (59 kiloqram) qazanıblar.

Gümüş medallara Ümid Şahbazov (41 kiloqram), Ülvi Məmmədov (45 kiloqram), Zeyd Sadıxov (45 kiloqram), Esmanur Azayeva (47 kiloqram), Fərid Xəlimov (48 kiloqram) və Fatimə Ramazanlı (55 kiloqram) sahib olublar.

Bürünc medalları isə Ümid Aslanov (25 kiloqram), Esma Abdullazadə (29 kiloqram), Əhməd Mürvətov (33 kiloqram), Yaqut İsmayıllı (33 kiloqram), Nazlı Hacıyeva (37 kiloqram), Malikəjdər Qalabəyov (41 kiloqram), Elgün Məmmədli (49 kiloqram) və Cavad Heydərli (53 kiloqram) qazanıblar.

Nəşr edilib : 05.08.2026 15:41