NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlığı müzakirə edib

...

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşdük. Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi apardıq",- deyə nazir qeyd edib.

Nəşr edilib : 21.11.2025 10:27