Naxçıvanda I Beynəlxalq Tibb Günlərinə start veril...
19:12 24.09.2026
0
0
0
Oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları” mövzusunda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçiriləcək.
"Şərq qapısı" Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir ki, konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, eləcə də Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafın dəstəklənməsi üçün Almaniya və Avropa maliyyəsi, texnologiyası və ekspertizasını cəlb etməkdir.
Konfrans Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirəcək. Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta Dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal bağlantı sahələrində strateji layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçiriləcək.
Konfrans Bakıda regional əməkdaşlıq və konstruktiv dialoq üçün mühüm platforma rolunu oynayacaq.
Digər xəbərlər