NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb

...

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlər iki ölkə arasında strateji tərəfdaşlığının gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və s. çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Nazir, həmçinin daha geniş regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıb

Nəşr edilib : 24.09.2026 18:49