NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

...

Belarusla maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Bu barədə “Şərq qapısı”na İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarusun sənaye naziri Andrey Kuznetsov ilə görüşüb.
Görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib.

Nəşr edilib : 05.05.2026 21:30