Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrli...
13:25 20.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana dövlət səfəri edib. Səfər çərçivəsində dövlət başçısı Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirib. Görüşlər zamanı həm ikitərəfli əməkdaşlığa aid məsələlər, həm də regionda gedən cari proseslər müzakirə olunub. Eyni zamanda dövlət rəhbərləri mətbuata bəyənatlarla çıxış ediblər.
Ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında da bu məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyəcək. Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və qlobal kontekstdə mühüm rol oynayır. Bu tərəfdaşlıq modeli sabitlik, inkişaf və qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq region üçün uğurlu nümunə kimi çıxış edir.
Səfər çərçivəsində iqtisadi sahədəki tərəfdaşlıq geniş təhlil olunub. Qeyd edilib ki, ticarət həcminin çoxalması, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması və müştərək layihələrin icrası əməkdaşlığın maliyyə dayaqlarını daha da möhkəmləndirir. Gürcüstandakı əlverişli investisiya şəraiti Azərbaycan iş adamlarının fəaliyyətinin genişlənməsinə təkan verir, eyni zamanda yeni layihələr üçün zəmin hazırlayır. Bununla yanaşı, enerji və nəqliyyat sektorlarındakı müştərək fəaliyyət strateji əməkdaşlığın ana xətlərindən biri kimi aktuallığını qoruyur. Azərbaycanın enerji ehtiyatlarının qlobal bazarlara çıxmasında Gürcüstanın tranzit ölkə funksiyası həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı, Şərqlə Qərbi qovuşduran nəqliyyat yollarının təkmilləşdirilməsi hər iki dövlətin regional logistika qovşağına çevrilmə ehtimalını gücləndirir. Bu faktorlar Cənubi Qafqazın beynəlxalq arenadakı çəkisini daha da artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri təsdiqlədi ki, iki dövlət arasında münasibətlər daha da genişlənir. Dövlət başçımızın mətbuata bəyanatında da dediyi kimi: “Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.
Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər