NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan və Gürcüstanın NATO-dakı nümayəndələri əməkdaşlığı müzakirə edib

...

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Gürcüstanın təşkilatdakı nümayəndəsi İrakli Beraia ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin “X” hesabında məlumat verilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələr, NATO-nun “Sülh və Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran sahələr müzakirə olunub.

Nəşr edilib : 14.01.2026 16:55