Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
22:59 23.09.2026
0
0
0
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib.
Təlimdə icra ediləcək epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasındakı "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib.
Digər xəbərlər