NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir

...

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.

Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Təlim iyulun 10-dək davam edəcək.

Nəşr edilib : 09.07.2025 11:25