NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb

...

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

Nəşr edilib : 08.07.2025 14:35