NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

...

AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqindəki unikal rolunu yüksək qiymətləndirir. AQEM sədri kimi Azərbaycan “Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı artım” şüarı altında təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir”, – paylaşımda qeyd olunub.

Nəşr edilib : 05.10.2026 16:12