NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Azərbaycana yay fəsli daxil olub

...

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42-də daxil olub.

"Şərq qapısı" xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək.

Bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Nəşr edilib : 21.06.2025 09:30