NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Azərbaycanda bu ilin ilk beş ayında nikaha daxil olanların sayı açıqlanıb

...

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 15 min 107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb.

"Şərq qapısı" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Nəşr edilib : 21.07.2026 11:04