Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul...
12:16 29.09.2026
0
0
0
Azərbaycan ilə ABŞ-nin "Cisco" şirkəti ölkədə rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və "Hökumət buludu"nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə "Cisco" şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşdə aparılıb.
"Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən "Cisco" akademiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.
Digər xəbərlər