NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanda ödənişli xidmətlərin dəyəri 9 % artıb

...

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub.
"Şərq qapısı" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.
8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Nəşr edilib : 13.09.2025 09:42