NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

...

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17 milyon 602,76 min dollar dəyərində mal ixrac olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08 faizini təşkil edib.

Cari ilin mart ayında isə Azərbaycan Ermənistandan ilk dəfə 960 dollar dəyərində mal idxal edib. Ötən ay Ermənistandan idxal olmayıb.

Nəşr edilib : 15.09.2026 15:23