NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanın çövkən üzrə millisi MDB Oyunlarında ikinci qələbəsini qazanıb

...

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışları davam edir.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycanın çövkən üzrə millisi II turda Küveyt komandası ilə qarşılaşıb.

Start fitindən əvvəl Azərbaycan və Küveytin Dövlət himnləri səsləndirilib. Maraqlı keçən oyun Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə Özbəkistan yığması Türkiyə millisinə 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Nəşr edilib : 30.09.2025 15:33