NAXÇIVAN :

12 Oktyabr 2026, Bazar ertəsi

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin göstəriciləri təqdim edib.

Mərəzdən bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollar təşkil edib.

Cari ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz artaraq 372,8 milyon dollar təşkil edib.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon dollara bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon dollara bərabər olub.

Cari ilin yanvar-sentyabr aylarında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə (136,8 faiz), alüminium və ondan hazırlanan məmulatlar 41 faiz, qara metallardan hazırlanan məmulatlar 32,2 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 31,6 faiz, mis və ondan hazırlanan məmulatlar 21,7 faiz, pambıq 16,6 faiz, qəhvə və çay 13 faiz, meyvə 12,5 faiz, tərəvəz 9,4 faiz, qara metallar isə 8,5 faiz artıb.

Yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5 faiz artaraq 776,8 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 28,6 faiz artaraq 299,7 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 faiz artaraq 1,08 milyard dollara bərabər olub.

Nəşr edilib : 12.10.2026 13:44