Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib...
13:51 12.10.2026
0
0
0
NAXÇIVAN :
12 Oktyabr 2026, Bazar ertəsi
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə oktyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 28-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindənc verilən məlumata görə, həmin test imtahanında müvəffəqiyyət qazanmış 137 namizəd oktyabrın 20-dək Baş Prokurorluğun internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub, aşağıda qeyd edilən sənədlərin əslini “PDF” faylı formasında skan olunmuş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər:
- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);
- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;
- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi (yaxud da möhlət hüququ verilməsi və ya çağırışdan azad olunması) barədə arayış (oğlanlar);
- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti (oğlanlar).
Əlavə suallarla bağlı (012) 437-28-56, (012) 361-00-76, (012) 361-00-77, (012) 361-00-78, (012) 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Digər xəbərlər