NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi olub

...

Dekabrın 11-də Banqkok şəhərində Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Respublikasının Tailand Krallığındakı Səfirliyinin açılış mərasimində iştirak edib.

Nazir müavini, səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.

Daha sonra xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Daha sonra, çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.

Nəşr edilib : 11.12.2025 18:06