NAXÇIVAN :

26 Iyul 2026, Bazar

Azərbaycanın U-18 basketbol millisi tarixi qələbə qazanıb

...

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda ilk qrup qələbəsini qazanıb.

"Şərq qapısı" xəbər verir ki, yığma ikinci turda Ukrayna seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın ilk hissəsini məğlub başa vuran komanda ikinci yarıda əzmkar geridönüş edərək 77:68 hesablı qələbəyə sevinib.

Oyunun ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason seçilib. O, qarşılaşmada 20 xal və 17 ribaundla komandasının qələbəsində mühüm rol oynayıb. Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qazandığı ilk qrup qələbəsi kimi tarixə düşüb.

Qeyd edək ki, yığma qrup mərhələsində növbəti oyununu iyulun 26-sı Bakı vaxtı ilə saat 12:30-da İslandiya seçməsinə qarşı keçirəcək.

Nəşr edilib : 25.07.2026 18:10