NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

...

Oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizini təşkil edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən hazırlanan 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatda deyilir.

Bildirilir ki, yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 304 milyon ABŞ dolları məbləğində azalıb.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,8 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 51,2 faizini təşkil edib.

Xarici dövlət borcunun 67,7 faizi 5 ilə qədər olan müddətdə, 26,8 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,5 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 86,3 faiz, avro – 5,8 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 2,9 faiz, yapon yeni – 3,2 faiz, digər valyutalar – 1,7 faiz.

Hesabat dövrünə dövlət büdcəsi hesabına xarici borclar üzrə 766,9 milyon ABŞ dolları məbləğində əsas borc, 285,7 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.

Nəşr edilib : 28.10.2026 12:22