NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Azərbaycanla Portuqaliya investisiya imkanlarını müzakirə edib

...

Azərbaycanla Portuqaliya arasında investisiya imkanları müzakirə edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov "X" sosial şəbəkə hesabında yazıb.

Müzakirələr İ. Muxtarovla Portuqaliyanın iqtisadiyyat üzrə dövlət katibi Rui Ferreyra arasında aparılıb:

"Portuqaliya Respublikasının İqtisadiyyat üzrə Dövlət Katibinə səmimi qəbula görə təşəkkür edirəm. Biz ticarət missiyalarının qarşıdan gələn səfərlərini və ikitərəfli investisiya imkanlarını müzakirə etdik. Həmçinin ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi zərurətini bir daha təsdiqlədik".

Nəşr edilib : 21.10.2026 23:55