NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Qırğızıstan regional nəqliyyat-logistika qovşağına çevrilməyi hədəfləyir

...

Qırğızıstan nəqliyyat sistemini beynəlxalq dəhlizlərə inteqrasiya etməyi və regional nəqliyyat-logistika mərkəzinə çevrilməyi hədəfləyir.
“Şərq qapısı” “Kabar” agentliyinə istinadla xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qarşıdakı beş il üçün strateji vəzifələrə həsr olunmuş respublika müşavirəsində deyib.
Dövlət başçısının sözlərinə görə, bu məqsədlə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin tam həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Balıkçı şəhəri Balıkçı–Tamçı–Çolpon-Ata və Balıkçı–Koçkor–Kara-Keçe–Makmal istiqamətlərini birləşdirən dəmir yolu qovşağına çevriləcək. Makmal stansiyası ölkədaxili və beynəlxalq marşrutları birləşdirəcək.
Prezident vurğulayıb ki, vahid nəqliyyat məkanının yaradılması ölkənin iqtisadi və ərazi bütövlüyünün təmin edilməsi baxımından mühüm şərtdir: “Bu, vətəndaşların ölkənin müxtəlif bölgələri arasında hərəkətini və yüklərin daşınmasını təmin edir”.

Nəşr edilib : 21.10.2026 21:19