Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxal...
20:36 18.09.2026
0
0
0
Varşava Universitetinin “Auditorium Maximum” zalında Şopen Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın solo konserti keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, konsert proqramında Frederik Şopenin əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə və Faiq Sücəddinovun əsərləri səsləndirilib. Proqramda Azərbaycan bəstəkarlarının yaradıcılığının müxtəlif istiqamətlərini əks etdirən əsərlərin Şopenin məşhur fortepiano nümunələri ilə bir arada təqdim olunması Azərbaycan və Polşa musiqi ənənələri arasında bədii dialoq yaradıb, dinləyicilərin tərəfindən böyük marag və alqışlarına səbəb olub.
Vətən muharibəsi şəhidlərinə həsr olunan kompozisiya xüsusi diqqət və ehtiramla qarşılanıb.
Konsert Azərbaycan və Polşa arasında musiqi sahəsində mədəni dialoqun inkişafına, iki ölkənin zəngin musiqi irsinin qarşılıqlı təqdimatına, Azərbaycan bəstəkarlarının yaradıcılığının və milli dəyərlərimizin Polşa auditoriyasına çatdırılmasına xidmət edib.
Digər xəbərlər