Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina ...
20:08 18.09.2026
0
0
0
Birlikdə güclü, birlikdə qətiyyətliyik. Kökləri tarixə dayanan qardaşlığımız birgə təlimlərlə daha da güclənir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirlər Türkiyənin Milli Müdafiə Nazirliyinin Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçiriləcək “Birliyin Gücü – 2026” birgə hərbi təlimi ilə bağlı açıqlamasında yer alıb.
Nazirlik təlimdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin hərbi qüvvələrinin Azərbaycana çatdığını bildirib.
Xatırladaq ki, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.
Digər xəbərlər