NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Babək, Culfa və Şahbuz rayonlarında "Sağlam məhəllə"lər istifadəyə verilib

...

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi əsasında regionlarda yaradılan idman meydançaları sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda məhəllə infrastrukturunun yenilənməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikasında da “Sağlam məhəllə” layihəsinin icrası ilə bağlı işlər görülüb.

"Şərq qapısı" xəbər verir ki, fevralın 6-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Babək, Culfa və Şahbuz rayonlarında "Sağlam məhəllə"lər istifadəyə verilib.

Layihəyə əsasən həmin yerlərdə açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılıb. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola, eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər. Bu da, öz növbəsində, yaşından asılı olmayaraq, sakinlərin bədən tərbiyəsi və idmana təşviqi istiqamətində atılan önəmli addımdır.

Nəşr edilib : 06.02.2026 13:24