NAXÇIVAN :

29 Avqust 2026, Şənbə

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu, Cəhri qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Tofaş" və "AzSamand" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar– 1985-ci il təvəllüdlü Allahverdiyeva Samirə Yəhya qızı və 2009-cu il təvəllüdlü Musayev Ümid Səbuhi oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 29.08.2026 20:52