NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

...

Sentyabrın 16-da “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq “Nehrəm” yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq “Nehrəm-1”, “Nehrəm-2”, “Nehrəm-3” və “Nehrəm-4” hava xətlərində gərginlik olmayacaq. 

Bu səbəbdən bu gün saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri nəzərdə tutulub.

Nəşr edilib : 16.09.2025 11:27