NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatla əlaqədar dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Nəşr edilib : 03.08.2026 15:08