Riyaziyyat üzrə şagirdlərin 16,5 faizi iki il ərzi...
11:28 11.09.2026
0
0
0
Bakıda "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı" işə başlayıb.
"Şərq qapısı" xəbər verir ki, tədbirin ADA Universitetində keçirilən ilk günündə rəsmi hissə ilə yanaşı, panel müzakirələr təşkil olunacaq.
İkinci gün isə Milli Gənclər Bəyanatının hazırlanmasına həsr ediləcək və Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçiriləcək.
Qeyd edək ki, LCOY (Local Conference of Youth) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi gənclər platforması olan YOUNGO tərəfindən tanınan beynəlxalq konfransdır. Hər il dünyanın 50-dən çox ölkəsində təşkil olunan LCOY konfransları gənclərin iqlim siyasəti proseslərinə cəlb edilməsinin və milli gənclik mövqelərinin qlobal müstəviyə çıxarılmasının əsas mexanizmlərindən biridir.
Digər xəbərlər