Eşqi Bağırov: 31 min müəllimin əməkhaqqına 35 faiz...
11:53 11.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
İbtidai təhsilin sonunda şagirdlərin oxu və riyazi bacarıqları son 5 ildə hər il monitorinq edilir. Nəticələrin müqayisəli təhlili üçün 2023–2024-cü tədris ili baza ili kimi müəyyənləşdirilib və həmin ilin orta nəticəsi 500 ballıq şkalaya gətirilib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, 2023–2024-cü tədris ilindən sonrakı nəticələrin eyni şkala üzrə qiymətləndirilməsi 4-cü sinif şagirdlərinin göstəricilərini illər üzrə müqayisə etməyə imkan verir. Şagirdlərin bilik səviyyəsi isə 4 səviyyə üzrə müəyyənləşdirilir. Birinci səviyyənin altında olanlar risk qrupuna aid edilir, ikinci və üçüncü səviyyələr orta, dördüncü səviyyə isə yüksək və inkişaf etmiş səviyyə hesab olunur.
Elnur Əliyev qeyd edib ki, son iki ildə 4-cü sinif şagirdlərinin həm oxu, həm də riyaziyyat üzrə nəticələrində artım müşahidə olunur. Xüsusilə oxu üzrə cari ildə əhəmiyyətli sıçrayış qeydə alınıb. Baza həddinin altında olan şagirdlərin payı oxu üzrə 5 faizə enib. Riyaziyyat üzrə isə bu göstərici 17 faizdən 9 faizə düşüb.
O bildirib ki, 6-cı siniflərdə də oxu üzrə nəticələrdə son iki ildə artım davam edib. Eyni zamanda, birinci səviyyənin altında olan şagirdlərin payı 20 faizdən 15 faizə enib. Bu, xüsusilə çox zəif nəticə göstərən şagirdlərin minimum səviyyəyə çatdırılması istiqamətində müsbət dinamikanı göstərir.
Nazir müşaviri əlavə edib ki, 6-cı siniflərdə riyaziyyat üzrə də şagirdlərin minimum səviyyəsində yaxşılaşma qeydə alınıb. Riyaziyyat üzrə nəticələr 2024-cü ilin göstəricisi ilə təxminən eyni səviyyəyə çatıb. Ötən il müşahidə olunan geriləmədən sonra cari ildə müəyyən artım baş verib.
Digər xəbərlər