NAXÇIVAN :

19 Sentyabr 2026, Şənbə

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

...

Türkiyənin “World Türk” telekanalı “BakuBus” sürücülərinin türk dünyasında sevilən “İntizar” (“Vəfadarım mənim”) kompozisiyanın ifası ilə bağlı məlumat paylaşıb.
"Şərq qapısı" xəbər verir ki, Samir Aslanın müəllifi olduğu süjetdə Milli Musiqi Günü ilə əlaqədar 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov (vokal), 1 nömrəli avtobusun sürücüsü Tərlan Nağdəliyev (tar) və 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimovun (piano) ifası təqdim olunub.
Avtobus sürücülərinin ifası türk izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Nəşr edilib : 19.09.2026 10:10