NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidlikləri ziyarət olunub

...

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində rəsmi mərasim təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, hərbi attaşeliyi, müşavirlər, eləcə də aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Məlumata görə, səfir Birol Akgün abidələrə əklil qoyub, şəhid məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüb və Şəhidlik kitabını imzalayıb.

Nəşr edilib : 15.09.2026 10:28