NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb

...

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Şərq qapısı" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. "Qələbə" dairəsi, Mətbuat prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində.

Nəşr edilib : 24.11.2026 08:45