Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dai...
14:55 15.09.2026
0
0
0
Azərbaycan Hərb Tarixi Muzeyində 1918-ci il sentyabrın 15-də Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin kursantları, muzeyin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov 1918-ci ilin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin olduqca çətin sınaqlardan keçərək Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun vasitəsilə Bakı şəhərini Sentrokaspi Diktaturası, bolşevik-daşnak və ingilis qüvvələrindən təmizləyib böyük tarixi qələbəyə imza atdığını bildirib.
Digər çıxış edənlər də mövzu ətrafında geniş danışıb, iştirakçıların suallarını cavablandırıblar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Digər xəbərlər