NAXÇIVAN :

15 Iyul 2026, Çərşənbə

Baş katib Sohail Mahmud: D8-in missiyası yeni əhəmiyyət qazanıb

...

D-8-in 1997-ci ildə yaradıldığı dövrlə müqayisədə dünya əsaslı şəkildə dəyişib. Dünyada təkqütblülük artıq keçmişdə qalıb. Biz çoxqütblülüyə doğru güclü meylin şahidi oluruq.
“Şərq qapısı” xəbər verir ki, bunu D-8 Təşkilatının Baş katibi Sohail Mahmud iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, belə bir şəraitdə iqtisadi əməkdaşlıq təşkilatı kimi D-8-in missiyası yeni əhəmiyyət qazanıb. Eyni zamanda, üzv dövlətlərin imkanları da olduqca artıb.

Nəşr edilib : 13.07.2026 19:18