NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunları yekunlaşıb

...

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.
“Şərq qapısı” xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Lənkəran"a (86:54) "Quba" "Naxçıvan"a (105:98) qalib gəlib.
İkinci oyun günündə "Şəki" doğma azarkeşlər önündə 92:75 hesabı ilə "Sərhədçi"dən güclü olub, "Sumqayıt" basketbolçuları isə səfərdə NTD-yə 116:94 hesabı ilə qalib gələrək, sensasiyaya imza atıblar.
Qeyd edək ki, 1/4 final matçları ("Sabah"-"Quba", "Abşeron Lions"-"Şəki", "Gəncə"-"Neftçi", "Ordu"-"Sumqayıt") 18-22 fevral tarixlərində Bakı İdman Sarayında keçiriləcək.

Nəşr edilib : 14.01.2026 22:11