Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük ...
17:16 11.08.2026
0
0
0
12 avqust–Beynəlxalq Gənclər Günü ilə əlaqədar Şahbuz rayonunun Batabat ərazisində təmizlik aksiyası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada hər iki nazirliyin əməkdaşları, eyni zamanda qurumların könüllüləri iştirak ediblər.
Aksiya zamanı vətəndaşların istirahət üçün üz tutduqları Batabat ərazisi, ümumilikdə, 140 kiloqramdan artıq tullantılardan təmizlənib.
Aksiyanın keçirilməsində əsas məqsəd gənclərin və ictimaiyyətin ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.
Vətəndaşları istirahət etdikləri əraziləri təmiz saxlamağa, məişət tullantılarını yol kənarlarına, meşə və yaşıllıq sahələrinə atmamağa, tullantıları yalnız təyinatı üzrə ayrılmış yerlərə atmağa çağırırıq.
Digər xəbərlər