NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

BDU-nun magistraturasına 1 355 nəfər qəbul olunub

...

2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.

Universitetdən  bildirilib ki, yeni tədris ili üçün universitetin magistratura səviyyəsinə 40 ixtisas üzrə 232 ixtisaslaşmaya qəbul aparılıb.

Qeyd olunub ki, 2026/2027-ci tədris ilində BDU-nun magistraturasına ümumilikdə 1 355 nəfər qəbul olunub. Bu tələbələr yeni tədris ilindən etibarən universitetin magistratura proqramlarında təhsillərini davam etdirəcəklər.

Nəşr edilib : 03.08.2026 11:08