NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Beşyaşlı uşaqların 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb

...

Məktəbəhazırlıq qruplarında yerlərin sayı 85 mindən 104 minə çatdırılıb.

"Şərq qapısı" xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb. Bu, son illər qeydə alınan ən yüksək göstəricidir.

Nəşr edilib : 11.09.2026 10:49